Karantin rejimində maddi ehtiyacı olan Şimal və Qərb regionları sakinlərinə ”Azərişıq” ASC əməkdaşları tərəfindən ərzaq sovqatları paylanılıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.
Unikal.org xəbər verir ki, Şimal regionunda Quba və Xaçmaz rayonu, Qərb regionunda isə Gəncə şəhəri, Samux,Tovuz,Göygöl,Ağstafa,Daşkəsən,Gədəbəy,Qazax və Şəmkir rayonlarının müxtəlif qəsəbə və kəndlərində həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 700-dən çox ailə faydalanıb.
Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə baş tutan bu aksiya sıravi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.Sakinlər Ölkə başçısı və aksiya təşkilatçılarına öz minnətdarlığını ifadə ediblər.
#Evdəqal çağırışı dövründə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olan şəxslərə maddi və mənəvi dəstək olmaq məqsədi daşıyır və digər regionlarda da davam etdiriləcəkdir.