Xəbər verdiyimiz kimi, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Prezident İlham Əliyev pandemiya səbəbilə aprelin 6-da imzaladığı əfv sərəncamının şamil olunduğu məhkumlardan biri azadlığa çıxmaqdan imtina etməsi ilə bağlı məlumat yayıb. Ə.Nuriyev açıqlamasında bildirib ki, yaşı 65-dən yuxarı olan məhkum əfv sərəncamındakı kriteriyalara uyğun gəlsə də, ərizə yazaraq könüllü şəkildə azadlıqdan imtina edib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Unikal.org-a xəbəri təkzib edib:

“Qəti şəkildə bu məlumatı təkzib edirik. Ümumiyyətlə, cəzaçəkmə müəssisələrində əfv sərəncamına düşən bütün məhkumlar azadlığa buraxılıb”.

Amid