Bakının Moskva prospektində, “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Məlumata görə, məhdudiyyət Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri ilə bağlıdır. 

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti - 3-cü mikrorayon dairəsi - Tbilisi prospekti və yaxud Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - Müzəffər Həsənov küçəsi - Alatava istiqamətlərindən istifadə edə bilərlər.