Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1221 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat etmiş, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.