Milli Məclisin GUAM Parlament Assambleyasında nümayəndə heyətinə deputat Elnur Allahverdiyev rəhbərlik edəcək.
Unikal.org xəbər verir ki, bu barədə E.Allahverdiyev özü məlumat verib.
“Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezident İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daim aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM Parlament Assambleyasının da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq, qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik”, - deyə E.Allahverdiyev bildirib.
GUAM PA-dakı nümayəndə heyətinin üzvləri isə deputatlar – Nəsib Məhəməliyev, Əli Məsimli, Fatma Yıldırım, Cavid Osmanov, Qüdrət Həsənquliyevdir.