Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirinin müavini vəzifəsindən azad olunub.
Unikal.org xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, E.Səfərov 2016-cı ildən bu vəzifədə çalışırdı.