Milli məclisini deputatı Mahir Abbaszadənin təşkilatçılığı, laçınlı iş adamı Azər Şükürovun maliyyə dəstəyi ilə məcburi köçkün ailələrinə yardım edilib. 

Unikal.org xəbər verir ki, Bakı, Sumqayıt şəhəri və Qaradağ rayonu ərazisində müvəqqəti məskunlaşmış aztəminatlı 140 məcburi köçkün ailəsinə ərzaq bağlaması verilib. 
Məcburi köçkünlərlə görüş zamanı onlara karantin rejiminin tələblərinə əməl etmək, zərurət olmadan evdən çıxmamaq tövsiyə edilib. Bu tələblərə əməl edilməsinin onların sağlamlığının qorunması baxımından əhəmiyyəli olduğu nəzərə çatdırılırb.