Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə əlaqədar Nizami rayonunda təkrar profilaktik dezinfeksiya işləri aparılıb.
Unikal.org xəbər verir ki, rayonun H.Əliyev, Q.Qarayev, Babək prospektləri, E.Süleymanov, B.Nuriyev, R.Rüstəmov, Nəsimi, M.Abbasov, A.Manafov, M.Əliyev, Ş.Mirzəyev, Məhsəti, R.Teymurov, T.Abbasov, Ə.Vəliyev, Özbəkistan, Ə.Hacıyev küçələri, həmçinin Keşlə qəsəbəsindəki N.Abdullayev, M.H.Kazımov, M.Ə.Sabir, P.Fərzəliyev küçələri xüsusi texnika vasitəsilə dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub. Eyni zamanda, rayon ərazisindəki parklarda, məhəllədaxili yollarda, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, ödəniş terminalları və bankomatlar, yaşayış binalarının həyətləri, blokları, pılləkən qəfəsələri, lift kabinələri, məhəllələrdəki idman-əyləncə qurğuları, söhbətgahlar, məişət tullantıları konteynerləri və meydançaları zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya olunub.
Qeyd edək ki, rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.