Koronavirusa qarşı dərman və peyvənd tapılması üçün araşdırmalar davam etdirilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mərkəzi Norveçdə yerləşən "BerGenBio" adlı dərman şirkəti istehsal etdikləri yeni dərmanın koronavirusa qarşı müsbət təsiri olduğunu açıqlayıb. Belə ki, ilk öncə xərçənglə mübarizə məqsədilə istifadə olunan "bemcentinib" dərmanı insanları koronavirusdan qoruyur.
Şirkət rəhbəri tərəfindən edilən açıqlamada bu dərmanın 80% müsbət təsirə malik olduğu bildirilib.