Türkiyənin Kartal ərazisində həyat yoldaşı ilə mübahisə edən 70 yaşlı kişi 68 yaşlı arvadını bıçaqla qətlə yetirib, daha sonra 4-cü mərtəbədəki evinin eyvanından atlayaraq intihar edib.

Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Polislərin ilkin açıqlamasına görə,  aralarında çıxan mübahisə nəticəsində, 70 yaşlı kişi, 68 yaşlı arvadına bıçaqla qətlə yetirib. Daha sonra yaşadıqları evin 4-cü mərtəbəsindən atlayaraq intihar edib.

Faktla bağlı araşdırma davam etdirilir.