Yüz minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirus (Covid-19) infeksiyasının Çinin Uhan şəhərində yerləşən vəhşi heyvan bazarında meydana gəldiyi hər kəsə məlumdur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən Çinin Şenzen şəhərində it və pişik ətinin yeyilməsi 1 may tarixindən etibarən qadağan olunub. Buna baxmayaraq ölkənin digər bölgələrində insanlar vəhşi heyvan ətlərini yeməyə davam edirlər.

İt, pişik satışına əlavə olaraq qurmağa və tısbağalar da açıq şəkildə satılmağa davam edir. Yeni növ koronavirusun yayılmasına görə digər ölkələrdə yaşayan insanlar Çində vəhşi heyvanların qida kimi istifadə olunmasına etiraz edirlər.

Qeyd edək ki, koronavirus dünyada 253 mindən çox insanın ölümünə səbəb olub.