İranda İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 1 zabiti və iki əməkdaşı öldürülüb.

Unikal.org xəbər verir ki, hadisə bu gün Kürdüstan əyalətinin Divandərə bölgəsində qeydə alınıb.

SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma olub.

Nəticədə SEPAH-ın Kürdüstan əyalətinin Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və təşkilatın daha iki üzvü - Cəfər Nizampur və Məhəmməd Şəkərin ölüb.

Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar var.