ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı yenə Çini ittiham edib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, Çinin koronavirusu qəsdən bir labaratoriyada yaratdığı iddia edən Tramp "Çin ABŞ-ı vaxtında xəbərdar etməli idi" deyib.

O bildirib ki, yaxın zamanda virusun necə meydana gəldiyini sübut edəcək. ABŞ Prezidentinin sözlərinə görə, iyun ayına qədər ölkədə hər gün 3 minə yaxın insanın koronavirusdan öləcəyi təxmin edilir.