Türkiyədə daha 59 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 3 520-yə çatıb. Daha 1832 nəfərdə isə koronavirus aşkarlanıb. Ümumi yoluxma faktı 129 491-ə yüksəlib. Son 24 saatda 5119 nəfər sağalaraq evə buraxılıb.

Sağalanların sayı bununla da 73 min 285 olub.