Prezident İlham Əliyevin tapşırığı ilə Bakl-Sumqayıt yolunun genişləndirilməsi və yenidən qurulması işləri davam etdirilir. Məlum olduğu kimi, Bakı-Sumqayıt yolunun genişləndirilməsi Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib. 

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Unikal.org-a açıqlamasında deyib ki, yolda genişləndirmə işləri yekunlaşıb, həmin ərazilərə asfalt qatı vurulub.

Bakı-Sumqayıt yolu üzərində işlər hazırda Xırdalan dairəsinin altındakı tuneldə görülür. May ayının sonuna qədər yolun tam olaraq istifadəyə verilməsi planlaşdırılır. 

A.Nəcəfli onu da qeyd edib ki, sözügedən ərazidə aparılan genişləndirmə və qenidən qurma prosesinə Körpü Bina Tiktinti MMC də cəlb olunub. Hazırda KBT-nin texnikası və işçi qrupu ərazidə çalışır.

Müxbir: Murad İbrahimov

Foto: Müzəffər İsmayılov