Milli Məclis Aparatının rəhbərinə müavin təyin edilib.

Milli Məclisdən Unikal.org-a verilən məlumata görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncamla, Yaşar Allahqulu oğlu Əməşov Milli Məclisin Aparat rəhbərinin müavini təyin edilib. 

Qeyd edək ki, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevdir.