İsmət Abbasovu inkar edən statistika
13:01 22-11-2012
CƏMİYYƏT
İsmət Abbasovu inkar edən statistika
Azərbaycanda dizel yanacağı istehsalının azalmasında mübhəm sirr...
Bu günlərdə Dövlət Statistika Komitəsi, qısaca desək, Dövlət Statkom bir məlumat açıqladı. İlk baxışda həmin məlumatda qeyri-adi heç nə yox idi, amma xəbəri diqqətlə oxuduqda bir məqamın üstündən sükutla keçmək olmazdı.
Dövlət Statkomun məlumatında bildirilirdi ki, 1 noyabr 2012-ci il üçün Azərbaycanda 1 mln 968 min ton dizel yanacağı və 531,2 min ton aviasiya kerosini istehsal edilib. Bu, 2011-ci ilin eyni dövründəkindən 5,8% az və 1,6% çoxdur.
Qeyd edək ki, ötən il ölkədə 2 mln 49 min ton dizel yanacağı (2010-cu ilin eyni dövründəkindən 70 min ton çox) və 621,5 min ton aviasiya kerosini istehsal edilib (3,4% çox).
Məhsulun hamısını H.Əliyev adına Neft Emalı Zavodu buraxıb.
Ekspertlər dizel yanacağı istehsalının azalmasını bazarın inhisarlaşması və məhsul satışı bazarında problemlərlə bağlı fermerlərin aktivliyinin azalması ilə əlaqələndirirlər. Aviasiya kerosini istehsalındakı artım isə aviadaşımalardakı artımla bağlıdır. Bu ilin 3 rübündə yerli aviaşirkətlərin hava gəmilərində 1 225,6 min sərnişin daşınıb. Bu, 2011-ci ilin eyni dövründəkindən 14,8% çoxdur.
Bəli, ekspertlər əminliklə bildirirlər ki, məhz fermerlərin aktivliyinin azalması, yəni onların əvvəlki illərlə müqayisədə əkinlərə marağının və həvəsinin xeyli aşağı düşməsi dizel yanacağının istehsalına da mənfi təsir edib. Elə mətbuatda da tez-tez sahibkarların ayrı-ayrı məhsulların istehsalından zərərlə çıxdıqlarını əsas gətirib ya əkin sahələrini azaltmaq, ya da tamamilə ləğv etmək arzusunda olduqlarına dair tez-tez şikayətlərini, müraciətlərini oxuyuruq.
İsmət Abbasovun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyində isə bütün bunların əksini iddia edirlər. Onlar bir qayda olaraq fermerlərin istehsal həvəsinin və imkanlarının artdığına dair açıqlamalarla çıxış edirlər, halbuki elə Dövlət Statkomun yuxarıda sizə təqdim etdiyimiz rəqəmlərindən bunun heç də belə olmadığı barədə qənaətə gəlmək o qədər də çətin deyil.
Rəqəmlər fermerlərin istehsal aktivliyinin azalmasından xəbər verir; hətta görün azalma
hansı həddədir ki, dizel yanacağının istehsalına elə ciddi mənfi təsir göstərə bilir.
Maraqlıdır, bu nüansa İsmət Abbasovun nazirliyinin əməkdaşları hansı münasibət bildirərdilər? Təkzib edərdilər yəqin ki, amma təkzib edərkən hansı arqumenti əsas gətirərdilər?!
Həsən Əli
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31