Bildiyiniz kimi, noyabr ayında ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, Trampla birlikdə Prezidentliyə namizədliyini irəli sürən Co Baydenə qarşı yeni bir iddia ortaya atılıb. Belə ki, Tara Reyd adlı qadın 27 il öncə Baydenin ona təcavüz etdiyini bildirib.

Co Bayden isə bu iddiaların əsassız və yalan olduğunu deyib. O, namizədliyini geri çəkməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Tara Reydin irəli sürdüyü iddiaların sübutu yoxdur.