Koronavirusun yaratdığı təhlükə səbəbindən Livanda da xüsusi karantin qaydaları tətbiq edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, artıq 2 aydır təxirə salınan tədris prosesi 28 may tarixində bərpa olunacaq. Bu barədə ölkənin Təhsil Naziri Tarık Meczub məlumat verib. 

Bildirilib ki, tədris ili 28 may tarixindən iyul ayının ortalarına qədər davam etdiriləcək. Eyni zamanda ölkədə məscidlər cümə namazları üçün açıqdır.