Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov həbs olunan icra başçılarının partiyadan çıxarılma məsələsi ilə bağlı açıqlama verib.

S. Novruzov  Unikal.org-a  açıqlamasında bildirib ki, hər bir addım qanun çərçivəsində atılmalıdır: ““Siyasi partiyalar haqqında” qanunda da, bizim nizamnamədə də bu məsələlər nəzərdə tutulub. Üzvlük məsələsindən xaric edilmə ilə bağlı bu və ya digər şəkildə qərar olmalıdır. Hüquqi dövlətdə yaşayırıq. Hər bir məsələni məhkəmə həll edir. Məhkəmənin qərarından sonra YAP öz qərarını verəcək”.

Orxan Həsənli