Koronavirusa yoluxan xəstələrin müalicəsində ən çox istifadə olunan dərmanlardan biri "Remdesivir"dir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dərman "Gilead Sciences" adlı şirkət tərəfindən istehsal edilirdi. Dərmanın yalnız bir şirkət tərəfindən istehsal olunması isə tələbləri qarşılamırdı.

Buna görə də "Gilead Sciences" 127 ölkəni həmin dərmanla təmin etmələri üçün 5 dərman şirkəti ilə anlaşıb.Şirkətin rəsmi səhifəsində bildirilib ki, yeni anlaşma nəticəsində "Remdesivir" əsasən Hindistan və Pakistanda istehsal ediləcək.