İspaniyanın ən yaşlı qadını hesab olunan 113 yaşlı Mariya Branyas koronavirusa qalib gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yaşlı qadın mart ayında koronavirusa yoluxub. O, bir neçə həftə müalicə olunub və artıq tam sağalıb.

1907-ci ildə Meksikada dünyaya gələn 113 yaşlı qadın Birinci Dünya müharibəsi dövründə İspaniyaya köçüb. Onun 3 övladı, 11 nəvəsi var.