Çində yeni növ koronavirusun (COVID-19) yayılmasının azalması fonunda uşaq təhsil ocaqlarında dərslərin bərpası sürətlənib.

Unikal.org xəbər verir ki, təhsil müəssisələrində dərsləri bərpa olunan şagird və tələbələrin ümumi sayı 100 milyona çatıb. Bu, uşaq bağçaları, orta məktəblər, peşə məktəbləri və universitetlər üzrə ümumi şagird və tələbələrin 40 faizi deməkdir. Ölkənin vilayət səviyyəsindəki bölgələrinin çoxunda universitetlərdə, peşə məktəblərində, orta məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində dərslər bərpa olunub.