Kanadada COVID-19-a yoluxanların sayı 72 min 278 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, pandemiyanın başladığı vaxtdan ölkədə 5 min 304 şəxs dünyasını dəyişib.
COVID-19-a ən çox yoluxma Kvebek (39 931 nəfər ) və Ontario (21 236 nəfər) əyalətlərində qeydə alınıb. Yeni yoluxma hallarının müəyyən edilməsi üçün 1 172 872 test keçirilib.