ABŞ-ın paytaxtı Vaşinqtonda yeni bir növ koronavirusun (COVID-19) yayılması səbəbi ilə verilən “evdə qal” əmri iyunun 8-dək uzadılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton meri Muriel Bouser, şəhərdəki COVID-19 tədbirləri ilə əlaqədar məlumat paylaşıb. 

Məlumatda, Vaşinqtonda “evdə qal” təlimatı iyunun 8-nə qədər uzadılsa da, evlərini tərk edən insanların maska taxmaları lazım olduğu vurğulanıb.