Qırğız Respublikasında koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə olunub. 

Unikal.org xəbər verir ki,  son sutkada ölkədə daha 38 nəfərə koronavirus diaqnozu qoyulub. Bu barədə məlumatı  ölkənin Operativ Qərargahı açıqlayıb.

Açıqlamada, bununlada Qırğızıstanda pandemiya daşıyıcılarının sayı 1 082-yə yüksəlib.

Bildirək ki, Qırğız Respublikasında indiyədək 12 nəfər COVID-19-un qurbanı olub. 735 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.