Almaniyada koronavirusda ölənlərin sayı son 24 saatda 89 artaraq 7 min 723-ə çatıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Almaniyanın Robert Koch İnstitutu tərəfindən yayımlanan koronavirus hesabatına görə, son 24 saat ərzində ölkədə 933 nəfərdən çox insanda korornavirus aşkarlanıb.
Belə ki, Almaniyada yoluxanların sayı 172 239-a, ölənlərin sayı isə 89 nəfər artaraq 7 min 723-ə yüksəlib.
Qeyd edək ki, koronavirus pandemiyasına yoluxanalrın sayı dünya üzrə 4 milyon 429 min 884-ə çatıb.