Türkiyənin İstanbul şəhərində dəhşətli hadisə baş verib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı Ceylan Yıldırım adlı qadın boşanma ərəfəsində olan həyat yoldaşı və onun qardaşı tərəfindən qaçırılıb. 

Belə ki, boşanma prosesində olan əri və onun  qardaşı tərəfindən mikroavtobusla meşəyə qaçırılan qadın işgəncələrə məruz qalıb. 

Hadisəyə polis qrupları sövq edilib. Mikroavtobusun GPS qeydini izləyən polis, ağır yaralanan 25 yaşlı qadını xilas edilərək, xəstəxanaya yerləşdirilib. 

Xəstəxanada müalicə görən Ceylan Yıldırım polisə verdiyi ifadədə 2012-ci ildə Ersin Yıldırımla evləndiklərini və iki uşağının olduğunu söyləyib. Hadisə günü birlikdə olduğu anasının üzünə bibər qazı sıxaraq, mikroavtobusla meşəyə qaçırıldığını bildirib.

Daha sonra, “Bir il əvvəl aramızda münaqişə başladı. 6 ay əvvəl evdən çıxıb atamın yanına getdim. Ailəmlə bəzi problemlər yarandıqda sığınacağa müraciət etdim.  Hadisə günü anamın üzünə bibər qazı püskürtdülər. Ərim və onun qardaşı stulda bağlayaraq mənə işgəncə etdilər. Başıma vurduğu zərbədən huşumu itirdim.  Sonra ayıq olduğum zaman yoldaşımdan məni xəstəxanaya aparmasını xahiş etdim” deyə ifadə edib. 

Sözünün davamında böyük qorxu yaşadığını ifadə edən Ceylan Yıldırım, “Mən bir anayam. Analar Günündə cəhənnəm yaşadım. Həyat yoldaşımdan, ailəsindən 8 ildir psixoloji zorakılıq keçirdirəm. İndi də işgəncə verdi. Xahiş edirəm səsimi eşidin. Ölmək istəmirəm. Qorxuram” deyə aidiyyatı qurumlardan yardım istəyib.