Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə uzadılıb. 

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin mayın 14-də keçirilən iclasında qəbul edilib. Qərarda fövqəladə vəziyyət rejimi 13 iyun tarixinədək uzadılması qeyd olunub. 

Belə ki, Fövqəladə vəziyyət rejimi yeni növ koronavirusa yoluxma hallarının sayının kifayət qədər çox yüksək səviyyədə qalması səbəbindən uzadılıb.

Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda təsdiqlənmiş yoluxma hallarının sayı 3 860-a çatıb, 49 nəfər virusun qurbanı olub.