Bolqarıstanın Kazanlık şəhərində silah zavodunda partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki əməkdaş xəsarət alıb. Hadisə tüstü qumbaralarının istehsalı sexində qeydə alınıb.

Partlayış zavodun binasına ciddi ziyan vurub. Hadisə yerində xilasedicilər cəlb olunub. 

Qeyd edək ki, partlayışın baş vermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.