ABŞ-ın Ohayo ştatında təqribən 40 il təqsirsiz olaraq həbs cəzası yatan 3 qaradərili  amerikalıya 18 milyon dollar təzminat ödənilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 1975-ci ildə Klivlenddə quldurluq və qətldə günahlandırılan  63 yaşlı Rickey Jackson,  65 yaşlı Uiley Bridgeman və 62 yaşlı Kuame Ajamu adlı şəxslərin günahsız olduğu sübuta yetirilib.

Belə ki,  1975-ci ildə 12 yaşlı bir uşağın ölümünə səbəb olduğu bildirilən üç amerikalının günahsız olmasının, 2011-ci ildə bir şəxsin polisə ifadə verməsi ilə ortaya çıxıb. 

Günahsız olduğu müəyyən edilmiş şəxslərə, Ohaya məhkəməsi tərəfindən 18 milyon dollar tənzimat ödəyərək azadlığa buraxılıb.  

Qeyd edək ki, 18 milyon dollar təzminat Ohayo tarixində ilk dəfə olsa da, keçən il Kaliforniyada 39 il boyunca günahsız həbs olunan 72 yaşlı Kreyq Coleyə 21 milyon dollar təzminat ödəmək qərarı verilmişdi.