İranda koronavirus (COVID-19) səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 71 nəfər artaraq 6 min 854-ə çatıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, dövlət televiziyasında canlı yayımlanan COVID-19 səbəbiylə ölkə daxilində 71 nəfərin öldüyünü və 808 yeni yoluxma halının aşkarlandığını açıqlayıb.
Beləliklə, Cihanpur, COVID-19 səbəb olduğu ümumi itkinin 6 min 854-ə qədər artdığını və ümumi yoluxma sayının 114 min 533 olduğunu bildirib.
Səhiyyə Nazirliyinin sözçüsü, yoluxanların 2 758-nin vəziyyətinin kritik olduğunu və bu günə qədər sağalmış xəstələrin sayının 90 min 539-a çatdığınıda qeyd edib.
Cihanpur, bu günə qədər ölkə daxilində 643 min 772 adamın COVID-19 sınaqdan keçirildiyini bildirib.