İranın Simnan şəhərində 95 milyon cüt qanunsuz tibbi əlcək aşkar edilib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Simnan İl Təhlükəsizlik Müdiri Abdullah Hasani, Germsar rayonundakı bir müəssisənin anbarına baxış keçirilərkən yığılmış tibbi ləvazimatların ələ keçirildiyini bildirib. 

Hasani, Germsarda bir istehsal müəssisəsində aparılan yoxlamalar zamanı 95 milyon cüt qanunsuz yığılmış tibbi əlcəyin ələ keçirildiyini və əlcəklərin bazar dəyərinin 200 milyard rial olduğunu söyləyib. 

Hasani hadisə ilə əlaqədar 1 nəfərin nəzarətə alındığını qeyd edib.

Hakim Erki Başçısı İbrahim Reisi, xalqın və tibb işçilərinin ehtiyac duyduğu tibbi ləvazimatları yığan insanların ən ağır cəzalandırılacağını açıqlayıb.