ABŞ-da son 24 saat ərzində daha 1 777 nəfər koronavirusdan ölüb.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 85 268-ə çatıb. Eyni zamanda son gündə daha 21 918 nəfər koronavirus aşkarlanıb.

Beləliklə, pandemiyanın ən geniş yayıldığı ölkə olan ABŞ-da yoluxanların sayı 1 432 086-ya yüksəlib.