Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyasının ən geniş yayıldığı ölkə ABŞ-dır. 

Unikal.org Amerika KİV-nə istinadən xəbər verir ki, artıq ölkədə virusa yoluxanların sayı 1,4 milyonu, pandemiya qurbanlarının sayı isə 85 mini ötüb. Bu səbəbdən ABŞ-da xüsusi karantin qaydaları tətbiq olunur.

Artıq insanlar koronavirus təhlükəsi səbəbindən evlərinə sifariş verdikləri yeməklərin insanlar tərəfindən gətirilməsini istəmirlər. Buna görə də ölkədə yemək sifarişlərinin çatdırılması üçün xüsusi robotlaqr istehsal olunub.

Bu robotlar paytaxt Vaşinqton, Los-Anceles, Detroit, Dallas, Çikaqo kimi şəhərlərin küçələrində ərzaq da paylayacaqlar. Sifarişlərin bu robotlar tərəfindən çatdırılması üçün xidmət haqqı isə 3 dollardan (5 manat) başlayır.