İngiltərədə koronavirusdan ölənlərin sayı yenidən artıb.

Unikal.org xəbər verir ki, son 24 saat ərzində daha 428 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 33 614-ə çatıb. Son 24 saat ərzində daha 3 446 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, İngiltərədə bu ölümcül virusa yoluxanların sayı 233 151-ə yüksəlib.