Tunisdə də koronavirus təhlükəsi səbəbindən xüsusi karantin qaydaları tətbiq olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, artıq ölkədə qoyulan qadağalar yumşaldılır. Sabahdan etibarən Tunisdə böyük ticarət mərkəzlərinin, özəl xəstəxanaların, həftəlik və heyvan bazarlarının fəaliyyətinə icazə veriləcək.

Eyni zamanda yaşı 15-dən aşağı və 65-dən yuxarı olan şəxslərin evdən çıxmalarını qadağan edən qayda da ləğv olunub. Qeyd edək ki, sözü gedən ölkədə koronavirusa ilk yoluxma faktı mart ayının 2-də aşkarlanmışdı.