Bildiyiniz kimi, yeni növ koronavirus (Covid-19) infeksiyası ilk dəfə Çinin Uhan şəhərində meydana gəlmişdi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən də başda ABŞ olmaqla bir çox dünya ölkələri virusun sürətlə yayılmasına görə Çini ittiham edirdilər. Çin Xarici İşlər Nazirliyindən edilən açıqlamada koronavirusun hər an dünyanın istənilən yerində meydana gələ biləcəyini bildirilib.

Eyni zamanda, Çinin də pandemiyanın bir qurbanı olduğu və günahkar olmadığı açıqlanıb. "Covid-19"un bütün dünya ölkələrinin ortaq düşməni olduğu vurğulanıb.