Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 55 nəfər ölüb.

Unikal.org xəbər verir ki, son 24 saatda 34821 şübhəli koronavirus testindən keçib, onlardan 1635-nin nəticəsi pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4007 nəfər ölüb, 144 749 nəfər bu infeksiyaya yoluxub, 104 030 nəfəri isə müalicə olunub. Bu gün 2315 xəstə evə buraxılıb.