Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) Braziliyada da tüğyan etməyə davam edir.

Unikal.org "Reuters"-ə istinadən xəbər verir ki, ölkə prezidenti Jair Bolsonaro koronavirusu "Adi bir qrip" adlandıraraq diqqətə almamışdı, lakin Sao Paulo şəhərində çəkilən fotolar bu fikri təkzib edir.

Belə ki, sözü gedən şəhərdə koronavirusdan ölən xəstələrin basdırılması üçün toplu qəbirlər qazılır. Fotolarda mavi cəsəd torbaları diqqət çəkib.

Qeyd edək ki, Braziliyada indiyə qədər 188 974 nəfər "Covid-19"a yoluxub, onlardan 13 149-u bu səbəbdən dünyasını dəyişib.