Ümumdünya Ticarət Təşkilatının rəhbəri Robertu Azevedo vəzifəsindən ayrılacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı açıqlamasında 31 avqust 2020 tarixində tutduğu vəzifədən ayrılacağını açıqlayıb. Onun şəxsi səbəblərdən işini tərk edəcəyi bildirilib.
62 yaşlı Azevedo 2013-cü ildən quruma rəhbərlik edir və onun səlahiyyət müddəti 2021-ci il avqustun sonunda başa çatmalı idi. Lakin o, bir il tez vəzifəsindən gedəcək.