Fransada son gün ərzində daha 351 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Artıq Fransada pandemiya qurbanlarının sayı 27 425-ə çatıb. 

Hazırda ölkə xəstəxanalarının reanimasiyalarında 2 299 xəstə var var. Reanimasiya şöbələrinə 24 saat ərzində daha 52 xəstə yerləşdirilib. 

Qeyd edək ki, yeni növ koronavirus (Covid-19) infeksiyası ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.