Dünyada yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı 300 749 nəfərə çatıb.

Unikal.org "Worldometers"-ə istinadən xəbər verir ki, dünyada koronavirusa yoluxanların sayı 4 487 691 nəfərə, koronavirusdan sağalanların sayı isə 1 688 631 nəfərə çatıb.

Bildirilib ki, ən çox yoluxma və ölüm halları ABŞ-da qeydə alınıb (1 439 498 yoluxma və 85 754 ölüm halı).

Qeyd edək ki, yeni növ koronavirus (Covid-19) infeksiyası ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.