Qırğızıstanda ötən sutka ərzində daha 29 nəfər yeni növ koronavirusa yoluxub.

Unikal.org xarici KİV-ə  istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 111 nəfərə çatıb.

N.Usanbayev qeyd edib ki, ötən gün həmçinin 10 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 745 nəfər koronavirusdan sağalıb.