İslandiya hökuməti növbəti aydan ölkə sərhədlərini turistlərin üzünə açmağa hazırlaşır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Katrin Yakobsdouttir deyib.

Baş nazir, açıqlamasında ölkə öz sərhədlərini iyunun 15-dən gec olmayaraq xarici turistlərin üzünə açacağını qeyd edib.

Belə ki, İslandiyaya səyahət edən şəxslər iki həftəlik karantinə alınmayacaq, amma onlar nəticəsi bir neçə saat sonra məlum olan COVID-19 testini vermək məcburiyyətindədirlər.

Bildirək ki, İslandiyada bu günə qədər yalnız 15 nəfərin koronavirus testi müsbət çıxıb, son beş gündə isə yeni yoluxma halı qeydə alınmayıb

Hazırda İslandiyaya uçuşlar ancaq Boston, London və Stokholm şəhərlərindən yerinə yetirilir.