Dünyada yeni koronavirus (Covid-19)  pandemiyasına yoluxanların sayı 4 milyon 500 mini keçib.

Unikal.org Covid-19 ölkəsi və bölgələrindəki hadisələr haqqında məlumatların toplandığı “Worldometer” saytına istinadən məlumat verir ki,  dünyada Covid-19 pandemiyasına tutulanların sayı 4 milyon 500 min 850-ə yüksəlib. 

Covid-19 pandemiyasına ən çox yayıldığı ABŞ-da yoluxanların sayı 1 milyon 448 min 460 nəfərə yüksəlib. 

ABŞ-dan sonra ən çox yoluxma sayına görə ölkələr İspaniya (272 min 646), Rusiya (252 min 245), İngiltərə (233 min 151), İtaliya (223 min 96), Braziliya (197 min 838), Fransa (178 min 878) və Almaniya (174.636) və s. qeyd olunub. 

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində meydana gələn Kovid-19 200-dən çox ölkə və bölgəyə yayılıb. 

Qeyd edək ki, virusa yoluxmuş 1 milyon 691 min 647 nəfər sağalsa da, 2 milyon 507 min 152 nəfər müalicəsini davam etdirir.