COVID-19 pandemiyasının qlobal mərkəzinə çevrilən ABŞ-da yoluxanların sayı 1 milyon 448 min 460 nəfər, ölənlərin sayı 85 268 nəfərə yüksəlib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,koronavirus pandemiyasından daha çox zərər görən Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın lazımi tədbir görmədiyinə görə məsuliyyət daşıyan lövhə asılıb.

“Times Square” rejissoru Eugene Jarecki tərəfindən qurulan lövhə “Trampın ölüm vaxtı” deyə adlandırılıb. 

Jarecki “Washington Post” qəzetində də Tramp barəsində “Nömrələr danışsın” qeydilə çap etdirib.

Belə ki, Jarecki, COVID-19 virusu üçün kifayət qədər tədbir görməmiş ABŞ prezidenti Trampı günahlandıraraq: “Bu ağrı unudulmaz. Bu günə qədər on minlərlə amerikalı, rəhbərliyin fəaliyyət göstərə bilməməsi və uğursuzluğu səbəbiylə həyatını itirdi” deyə bildirib. 

Qeyd edək ki, ABŞ-da yoluxanların sayı son 24 saatda 21 min 918 artaraq 1 milyon 432 min 86-ya, həyatını itirənlərin sayı  isə 1 777 artaraq 85 min 268-ə yüksəlib.