İraqın Kərkük şəhərindəki Domiz bölgəsində çörək sexində yanğın baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, naməlum səbəbdən baş verən yanğın nəticəsində 1 nəfər qadın olmaqla 4 nəfər yanaraq həyatını itirib.

Hadisə yerinə aidiyyatı qurumlar və yanğınsöndürənlər cəlb olunub.  Polislərin ilkin açıqlamasına görə yanğının sexdə baş verən partlayış nəticəsində meydana gəldiyi bildirilib. 

Belə ki, partlayış zamanı həmin ərazidən keçən bir qadının xəsarət aldığı və xəstəxanada həyatını itirdiyi qeyd olunub.

Nəzarət altına alınan yanğın səbəbiylə əlaqədar araşdırmalar davam edir.