Ermənistanda koronavirusa yoluxanların sayı 4 044 nəfərə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində 184 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 52 nəfər koronavirusun qurbanı olub, 2 304 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.