Son sutkada COVID-19 səbəbiylə Braziliyada həyatını itirənlərin sayında kəskin artım müşahidə olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyindən koronavirus pandemiyası ilə bağlı açıqlamasında, ölkədə son sutkada ölənlərin və yoluxanların sayı açıqlanıb.
Belə ki, son 24 saat ərzində 844 nəfər virusun qurbanı olaraq, ümumi itki sayı 13 min 993-ə çatıb.
Bundan əlavə, ölkədə yoluxanların sayı 13 min 944 nəfər artaraq 202 min 918-ə yüksəlib.